Çinin Autohome portalı SU7 avtomobili ilə bağlı tez-tez verilən suallara rəsmi Xiaomi cavabları ilə material dərc edib. Beləliklə, texniki xidmətin neçəyə başa gəldiyi, avtomobilin xaricə satılıb-satılmayacağı, yeni məhsulu artıq neçə nəfərin sifariş etdiyi və onun peşəkar sürmə rejiminin olub-olmadığı məlum olub.
Autohome-un məlumatına görə, təqdimatdan sonra ilk 24 saat ərzində 88 898 avtomobil satılıb. Şirkət nümayəndələrinin sözlərinə görə, onlar yeni məhsulu başqa ölkələrə tədarük etməyi hələ planlaşdırmırlar. Xiaomi xidmətin qiymətindən də danışdı: bir il istismardan və ya 20.000 yürüşdən sonra birinci texniki xidmət 65 dollara, ikincisi 102 dollara, üçüncüsü 192 dollara başa gələcək. Bundan əlavə, avtomobil peşəkar yarışçılar üçün nəzərdə tutulmuş və trekdən istifadə üçün tövsiyə olunan Master Mode funksiyası vasitəsilə “drift rejimini” dəstəkləyir.
Fikirləriniz ?