İtkin düşənlərin ümumi sayı arasında 19 mindən çoxu demensiyadan əziyyət çəkən və ya belə bir diaqnozdan şübhələnən insanlardır. Bu, 2012-ci ildən bəri ən böyük rəqəmdir. Ölkənin Baş Polis İdarəsinin hesabatına əsasən, artıq üçüncü ildir, itkin düşənlərin sayı artmaqdadır.
Yaponiyada 11 il dalbadal demensiyadan əziyyət çəkən insanların yoxa çıxmalarının sayı 2012-ci illə müqayisədə iki dəfə artıb. itkin düşənlərin 55,7%-i isə kişilərdir.
“Yaponiya əhalisi yaşlandıqca belə halların sayı daha da artacaq”, — deyə polisə nəzarət edən Milli İctimai Təhlükəsizlik Komissiyasının sədri Yosifumi Matsumura Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Hazırda Yaponiya əhalisinin təxminən 30%-ni 65 yaşdan yuxarı insanlar təşkil edir. Bəzi bələdiyyələr dimensiya xəstələrinə yerlərini qeyd edə bilən portativ cihazlar verməyə başlayıblar. İtkin düşənlərin axtarışı üçün dronlardan istifadə edilməyə başlanıb. Eyni zamanda, hesabatda qeyd edilir ki, Yaponiyada yoxa çıxanların yarısından çoxunun ailə problemləri, biznes və ya iş şəraiti ilə bağlı olduğu güman edilir.
Fikirləriniz ?