Lexus premium sedan həvəskarları üçün böyük sürpriz hazırlayır. Əfsanəvi IS modeli 2027-ci ildə tam elektrik versiya kimi geri qayıdacaq. Yeni elektro-sedan LF-ZC konseptindən ilhamlanıb və dizaynı, eləcə də ölçüləri baxımından hazırkı versiyadan xeyli fərqlənəcək.
Kuzov ölçüləri 4790 x 1880 x 1395 mm olacaq. Lexus bir elektrik mühərrikli və arxa ötürücülü, həmçinin iki mühərrikli və tam ötürücülü versiyalar təklif edəcək. Elektrik versiyanın ümumi gücü təxminən 500 at gücünə çata bilər.
Mövcud məlumata görə, şirkət bir dəfəlik şarjla təxminən 1000 km yürüş məsafəsinə nail olmağı planlaşdırır. Avtomobildə növbəti nəsil yüksək məhsuldarlıqlı prizmatik formalı batareyalardan istifadə ediləcək.
Elektrikli IS modelinin təqdimatı Tesla Model S istehsalının dayandırılmasından sonra Lexus-a bazarda yeni bir niş tutmağa kömək edə bilər.
Fikirləriniz ?



