25 C
Баку
Суббота, 5 июля, 2025
spot_img

Yeni Xiaomi YU7 krossoveri SU7 sedanından 3 dəfə daha yaxşı satılır

Dünən Xiaomi-nin ikinci elektromobilinin — YU7 krossoverinin təqdimatı baş tutdu. Satışların ilk saatları alıcıların Tesla Model Y-yə birbaşa rəqib olan bu avtomobilə inanılmaz maraq göstərdiyini ortaya qoydu. Qeyd edək ki, Tesla Model Y uzun müddət Çin bazarının lideri olub.

Şirkətin məlumatına görə, satışlar başladıqdan sonra cəmi üç dəqiqə ərzində əvvəlcədən sifarişlərin sayı 200 000 avtomobilə çatıb, bir saat sonra isə bu rəqəm 289 000-ə yaxınlaşıb. Xiaomi-nin rəhbəri Ley Czün bildirib ki, mart 2024-cü ildə satışa çıxarılan SU7 sedanı ilə müqayisədə YU7 modelinə üç dəfə daha çox tələbat gözləyirdi. Xatırladaq ki, SU7 modeli 27 dəqiqədə 50 000 əvvəlcədən sifariş toplamış, ilk sutkada isə bu rəqəm 90 000-ə çatmışdı. Həmin vaxtdan bəri Xiaomi 272 000-dən çox SU7 modeli təhvil verib. İlk rəqəmlərə əsasən, Ley Czünün gözləntiləri tam şəkildə öz təsdiqini tapıb.

Xiaomi YU7 modeli üç versiyada təqdim olunacaq: Standard, Pro və Max. Baza versiya arxa ötürücülüdür, 315 at gücündə bir elektrik mühərrikinə malikdir və CLTC dövriyyəsinə əsasən 830 km-ə qədər məsafə qət edə bilir. Pro versiyası iki mühərrikli, tam ötürücülüdür və ümumi 489 at gücü təklif edir, məsafə isə 770 km-dir. Flaqman Max versiyası 681 at gücünə, 3.2 saniyəyə 0-dan 100 km/saat sürətlənmə qabiliyyətinə və 101.7 kVt·s NMC batareyası sayəsində 760 km-ə qədər getmə ehtoyatına malikdir.

Yeni Xiaomi YU7-nin qiymətləri 253 000 yuandan başlayır və 329 900 yuana qədər yüksəlir (təxminən 35 300 ABŞ dollarından 46 000 dollaradək).

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr