Battlefield Call of Duty ilə populyarlıq baxımından müqayisə olunmasa da, DICE studiyasının çoxnəfərlik şuter oyunu oyunçular tərəfindən çox sevilir. Bəzən bu bağlılıq maraqlı və gözlənilməz situasiyalara gətirib çıxarır.
Battlefield 6 üçün açıq beta-test yalnız bu gün başlayıb, amma oyunçular artıq əvvəlcədən növbəyə düzülüblər: 47 mindən çox istifadəçi eyni anda oyunu işə salaraq ilk olaraq beta-testdə iştirak etməyə ümid ediblər. Görünür, bu hal tərtibatçılar üçün gözlənilməz olub — bir müddət sonra onlar növbə sistemini deaktiv edərək onun yerinə beta-testin 7 avqustda başlayacağı barədə mesaj yerləşdiriblər.
Xatırladaq ki, bu gün səhər saat 11:00-da yalnız erkən giriş mərhələsi aktiv olub — burada yalnız xüsusi dəvətlə, yəni Battlefield Labs istifadəçiləri və ya Twitch-drops vasitəsilə iştirak etmək mümkündür. Qalan oyunçular üçün isə oyun 9 avqustda, daha sonra isə 14-ündə açılacaq.
Battlefield 6-nın tam versiyasının çıxışı 10 oktyabra planlaşdırılıb. Oyun PC, PlayStation 5 və Xbox Series platformaları üçün əlçatan olacaq.
Yeniləmə: Xəbər yenilənən anda, Bakı vaxtı ilə saat 13:51-də növbədə olanların sayı artıq 230 min nəfəri keçmişdi.
Fikirləriniz ?