Bu, çətin ki, kimisə təəccübləndirsin, lakin Türkiyənin PSN bölgəsində oyunlar üçün qiymətlərdə növbəti artım müşahidə olunub. Dəyişikliklər hətta əvvəlcədən sifariş edilən oyunlara da təsir etdi.
“PSprices” kanalı vəziyyətə diqqət çəkib, dəyişən qiymətlərdən yalnız bir neçəsini təqdim edirik — region nəhayət “virtual miqrasiya” üçün cəlbediciliyini itirib.
— Silent Hill 2 – indi 2499 lirə, əvvəlki qiymət isə 1749 lirə təşkil edirdi,
— Elden Ring Shadow of the Edtree — 1999 lirə yerinə, indi 2799 lirə
— Black Myth: Wukong – 1749 lirə yerinə, indi 2499 lirə
— Warhammer 40,000: Space Marine 2 — 1999 lirə yerinə indi 2799 lirə
— Star Wars Outlaws – 1999 lirə yerinə, indi 2799 lirə
— Call of Duty: Black Ops 6 – Cross-Gen Bundle – 1999 lirə yerinə, indi 2799 lirə
Hazırkı məzənnə ilə 2499 lirə 130,21 azn edir, 2799 lirə isə 143,56 azn-ə bərabərdir. Eyni zamanda, 60 və 70 dollarlıq standart qiymətlər müvafiq olaraq 102 və 119 azn təşkil edir. Beləliklə, Türkiyədə Sony oyunlarının azn ekvivalentində qiyməti ABŞ-dan daha bahadır.
Fikirləriniz ?
