Son illərdə analitiklər narahatlıq siqnalı verirlər — COVID-19 pandemiyasından sonra oyun sənayesində qeyri-sabitlik müşahidə olunur, bu da tanınmış studiya və şirkətlərdə kadr ixtisarları ilə müşayiət olunur. Amma görünür narahat olmağa dəyməz: ekspertlər əmindirlər ki, sənayeni «Grand Theft Auto VI» və “Mario Kart World“ xilas edəcək.
Newzoo şirkəti kompüter və konsol oyun bazarının vəziyyəti ilə bağlı hesabat dərc edib. Eurogamer jurnalisti isə oradan ən maraqlı məqamları bölüşüb:
• 2027-ci ilə qədər oyun sənayesinin gəliri 92,7 milyard dollara çatacaq; bu artımda GTA VI və yeni Mario Kart oyunlarının böyük rolu olacaq;
• Switch 2 konsolunun buraxılması aparat satışlarına müsbət təsir edəcək;
• PC bazarını mikrotranzaksiyalardan əldə olunan gəlir xilas edəcək: analitiklərin fikrincə, bu seqment 2027-ci ilə qədər illik 2,6% artacaq. Konsol sektoru isə 7% böyüyəcək;
• Təəssüf ki, yeniliklərin olmaması səbəbilə yaxın illərdə oyunçu auditoriyasının ciddi şəkildə artması gözlənilmir — bir çox istifadəçilər Counter-Strike 2, Fortnite və Grand Theft Auto V kimi populyar blokbasterlərdə qalmağa davam edəcək;
• 2021–2024-cü illər arasında 10-a yaxın oyun (yuxarıda adı çəkilənlər, həmçinin Roblox, Call of Duty, Minecraft və Apex Legends) bütün platformalarda oyun vaxtının təxminən 50%-ni təşkil edirdi. 2024-cü ildə təkcə Fortnite 9,3%, 2023-cü ildə isə 9,1% paya sahib olub. Bu şəraitdə yeni PC oyunlarının köhnə hitlərdən istifadəçiləri cəlb etməsi çətinləşir;
• Konsollarda isə yeni oyunlar adətən əvvəlkilərdən daha populyar olur;
Xatırladaq ki, bir ay əvvəl Newzoo daha bir araşdırma paylaşmışdı və məlum olmuşdu ki, istifadəçilər daha çox köhnə oyunlarda vaxt keçirirlər. Bir çoxları bu statistikanı müsbət qarşılamışdı, amma əslində bu rəqəmlər Dota və Fortnite kimi artıq oturuşmuş oyunlara istifadəçi sədaqətini göstərirdi.
Fikirləriniz ?