“Battlefield 6” oyununun indiki test mərhələsi seriya tarixində ən böyüyü olub — bu barədə məlumatı tərtibatçılar öz mikrobloqlarında paylaşıblar. Tədbir həmçinin Valve platformasında ən populyar beta-testə çevrilərək “Monster Hunter Wilds” rekordunu qırıb.
İki günlük mərhələdə (9 və 10 avqust) oyunçulara layihə ilə pulsuz tanışlıq imkanı verilib. Bu müddətdə onlara şuterin tam versiyasına planlaşdırılan doqquz xəritədən üçü — Siege of Cairo, Iberian Offensive və Liberation Peak — sınaqdan keçirmək imkanı yaradılıb.
9 avqust, şənbə günü, pik anda Battlefield 6 beta versiyasında 521 079 nəfər iştirak edirdi. Bu göstərici ilə oyunun ilkin versiyası Steam-də bütün dövrlər ərzində ən populyar 20 oyun siyahısına daxil olub və əsas rəqibini geridə qoyub. SteamDB analitik xidmətinin məlumatına görə, Call of Duty oyununda maksimal onlayn rekordu 491 670 istifadəçidir.
Battlefield 6-nın növbəti beta-test mərhələsi 14–17 avqust tarixlərində keçiriləcək. Oyunun rəsmi relizi isə 10 oktyabr 2025-ci il tarixində PC, PS5, Xbox Series X və S platformalarında baş tutacaq.
Fikirləriniz ?
