Qiymətləri “TechRaptor” portalının jurnalistləri tapıb. Otuz saniyəlik treylerin nümayişi 115 min avroya, bir dəqiqəlik, bir yarım dəqiqəlik və iki dəqiqəlik videonun nümayişi nəşriyyatçılara müvafiq olaraq 165, 215 və 265 min avroya başa gələcək. Müqayisə üçün: Geoff Kiley şousunda bir dəqiqə təxminən 250 min dollar, iki dəqiqəlik video isə 450 min dollara başa gəlir. Gamescom pre-şousunda treylerlərin nümayişi əsas şounun qiymətinin yarısına başa gəlir — 57,5-132,5 min avro.
Jurnalistlər qeyd edirlər ki, son iki ildə qiymətlər xeyli artıb. Belə ki, 2022-ci ildə bir dəqiqəlik treylerin nümayişi nəşriyyatlara 125 min avroya başa gəlirdi — yəni 32% ucuz. Belə qiymət siyahıları ilə getdikcə daha çox şirkətin öz mini şoularının xeyrinə belə konfranslarda iştirakdan imtina etməsi təəccüblü deyil.
Fikirləriniz ?