Tanınmış lisenziyalara əsaslanan oyunlara ehtiyatla yanaşmaq artıq adətə çevrilib: elə olur ki, onların çoxu tənqidlərə tab gətirmir və məşhur əsas mənbələrin fonunda yaxşı görsənmir. “Indiana Jones and the Great Circle” verilən reaksiyalara əsasən, “MachineGames” studiyası bu cür buraxılışların lənətindən qaçmağı bacardı.
“The Great Circle” haqqında rəylər artıq şəbəkədə ortaya çıxdı və ekspertlər yeni məhsulu tərəfləmək üçün bir-biri ilə sanki yarışırdılar: Metacritic və OpenCritic-də isə oyun 86 xal toplayıb. Jurnalistlər qeyd edirlər ki, action-macəra oyunun müəllifləri mümkün olmayanı ediblər: onlar Stiven Spilberqin orijinal filmləri səviyyəsində canlı döyüş oyununu yaratdılar.
“İndiana Cons qəhrəmanın 30 ildən çox müddət ərzində başına gəldiyi ən yaxşı macəradır. MachineGames-in FPS janrına dair ekspert bilikləri bizə əvvəllər oynadığınız heç bir şeyə bənzəməyən immersiv və orijinal təcrübə yaratmağa imkan verdi.” — GamesRadar+ mənbəsi, oyunu 100/100 dəyərləndirdi
“The Great Circle bizə tanıdığımız və sevdiyimiz İndiana Consu verdi, hətta birinci şəxs perspektivi ilə də. Bununla belə, döyüş sistemi indikindən daha yaxşı ola bilərdi”, GamePro Almaniya, 83/100
Nəzərinizə çatdıraq ki, “Indiana Jones and the Great Circle” dekabrın 9-da PC və Xbox Series-də buraxılacaq, “Doctor Jones” PlayStation 5-ə isə 2025-ci ildə gəlməlidir.
Fikirləriniz ?