”Black Myth: Wukong” klassik Çin romanı “Qərbə Səyahət” əsasında yaradılan RPG oyunudur.
Meymun Kralı “Sun Wukong” olaraq, müxtəlif silahlardan və mifik qabiliyyətlərdən istifadə edərək çoxsaylı düşmənlər və “boss”-larla mübarizə apararaq, çətinliklər və möcüzələrlə dolu bir macəraya başlayacaqsınız. Oyun mənzərəli yerləri kəşf edə, Çin mifologiyasındakı personajlarla əlaqə saxlaya və müxtəlif canlılara çevrilə biləcəyiniz yarı açıq dünyanı təklif edir.
“Black Myth: Wukong” gedişatı əsasən Souls seriyasına bənzəyir, bu da oyuna əlavə mürəkkəblik və dərinlik əlavə edir. Oyun, GeForce RTX 40 seriyalı kompüterinizdə üstün performans, görüntü keyfiyyəti və aşağı gecikmə təmin edəcək DLSS 3 və Reflex texnologiyası ilə tam şüa izləmə funksiyasına malikdir. Bütün bunlar sizə maraqlı macəra hekayəsindən maksimum həzz almağa imkan verəcək.
✔️Oyunun rəsmi buraxılışı 20 avqust 2024-cü il tarixinə planlaşdırılır;
✔️Kod aktivasiyası 19 sentyabr 2024-cü il tarixinədək mümkündür;
✔️Kampaniyada iştirak edək kartlar: Videokart və PC üçün GeForce RTX 4090, 4080 Super, 4080, 4070 TI Super, 4070 TI, 4070 Super, 4070; Noutbuklar üçün isə GeForce RTX 4090, 4080, 4070;
✔️Oyunun kodunu Nvidia App və ya GeForce Experience tətbiqlərində qeydiyyatdan keçən zaman əldə edə bilərsiniz.
Fikirləriniz ?