Bir ay əvvəl, “Call of Duty: Black Ops 6” rəsmi olaraq satışa təqdim olundu, çoxları oyunun uğurlu olacağına şübhə ilə yanaşsa da yeni məhsul hətta yaradıcılarının gözləntilərini də üstələdi.
“Activision” isə öz növbəsində maraqlı statistika ilə paylaşdı: “Black Ops 6” seriyanın ən populyar hissəsi oldu. İlk 30 gündə seriyanın əvvəlki buraxılışlarına nisbətən daha çox insan oynadı — yeni oyun, istifadəçilərin sayına, tamamladıqları matçların sayına və sərf olunan vaxta görə bir nömrə oldu. Həmçinin qeyd etmək lazımdır ki, “Black ops 6” buraxıldığı gündən etibarən “Game Pass” vasitəsilə yayılan ilk “Call of Duty” oyunudur.
Xatırladaq ki, “Call of Duty: Black Ops 6”-nın PC, PlayStation və Xbox-da premyerası oktyabrın 25-də baş tutub. Tənqidçilər şuterin yüksək qiymətləndirdilər — bəziləri hətta onu seriyanın ən yaxşı nümayəndələrindən biri adlandırırlar.
Fikirləriniz ?
