Call of Duty seriyasının ən çox məşhur olduğu cəhətlərdən biri onun yüksək gəlirliliyi idi: uzun illər ərzində hər yeni oyun əvvəlkindən daha çox satılırdı.
GSD platforması 10–16 noyabr tarixləri arasında Avropa oyun bazarındakı satışlarla bağlı hesabat paylaşdı. Əsas xəbər — ilk həftədə Call of Duty: Black Ops 7, Black Ops 6 ilə müqayisədə 50% daha az satılıb. Battlefield 6 ilə müqayisədə vəziyyət heç də yaxşı deyil: yeni Black Ops rəqibindən 67% geri qalıb.
Bununla belə, bu nəticələr oyunun çartdakı mövqeyinə ciddi təsir etməyib (ulduz işarəsi rəqəmsal satışların nəzərə alınmadığını göstərir).
10–16 noyabr tarixlərində Avropada ən çox satılan oyunlar (nüsxə sayına görə):
1. Call of Duty: Black Ops 7
2. Anno 117: Pax Romana
3. EA Sports FC 26
4. Battlefield 6
5. Pokémon Legends: Z-A
6. Grand Theft Auto V
7. Hogwarts Legacy
8. Ghost of Yotei
9. Red Dead Redemption 2
10. Kingdom Come: Deliverance 2
10–16 noyabr tarixlərində Avropada ən çox gəlir gətirən oyunlar:
1. Call of Duty: Black Ops 7
2. Anno 117: Pax Romana
3. EA Sports FC 26
4. Battlefield 6
5. Pokémon Legends: Z-A
6. Ghost of Yotei
7. Football Manager 26
8. Super Mario Galaxy + Super Mario Galaxy 2
9. Kingdom Come: Deliverance 2
10. Grand Theft Auto V
Maraqlı məqam isə odur ki, Call of Duty-dən sonra həmin həftənin ikinci ən populyar relizi şəhərsalma simulyatoru Anno 117: Pax Romana olub. Analitiklərin məlumatına görə, süni intellektlə yaradılan yükləmə ekranlarına malik bu tarixi epopeya əvvəlki oyun olan Anno 1800-dən 2,5 dəfə daha çox satılıb.
Fikirləriniz ?



