Resident Evil Requiem böyük uğur qazanır
Oyunun çıxışından iki həftə belə keçməsə də, Resident Evil Requiem artıq milyonlarla oyunçu tərəfindən oynanılıb. Capcom isə oyunun uğurunu göstərmək üçün rəsmi saytda oyun statistikalarını paylaşmağa başlayıb.
Maraqlı statistika:
• Oyun 17 220 021 dəfə başladılıb
• 8 594 116 oyunçu oyunu tamamlayıb
• Orta keçmə müddəti 16 saat 48 dəqiqədir
• Oyunçular ümumilikdə 11 045 il 230 gün vaxt keçiriblər
• 3 655 133 852 zombi məhv edilib
• Oyunçular 154 705 883 dəfə ölüb
• 1 133 394 573 əşya hazırlanıb
• 49 204 467 dəfə save edilib
Maraqlısı isə odur ki, oyunun iki sonluğu var və oyunçuların 56%-i təsadüfən kədərli sonluğu seçib.
Xatırladaq ki, Resident Evil Requiem 27 fevral tarixində PC, PlayStation 5, Xbox Series və Switch 2 platformalarında satışa çıxıb və həm tənqidçilər, həm də oyunçular tərəfindən son illərin ən yaxşı Resident Evil oyunlarından biri kimi qiymətləndirilir.
Fikirləriniz ?



