11 C
Баку
Воскресенье, 22 марта, 2026
spot_img

Çox bahadır. Oyunçular bahalşmış «Game Pass»dan kütləvi şəkildə imtina edirlər

Game Pass abunə xidməti uzun illər boyu oyunçuları geniş oyun seçimi ilə qane edirdi, amma — insayderlərin məlumatına görə — Microsoft-a heç bir gəlir gətirmirdi. Üstəlik, korporasiya hətta zərərə işləyirdi. Dünən isə vəziyyəti bir qədər düzəltməyə çalışdılar, amma ictimaiyyət bunu müsbət qarşılamadı.

Dünən axşam şirkət rebrendinq etdi və Game Pass Ultimate-in qiymətini (ayda 20-dən 30 dollara) və PC Game Pass-ın qiymətini (12-dən 16,5 dollara) qaldırdı. İctimaiyyət bu xəbəri kəskin reaksiya ilə qarşıladı — qiymət artımına cavab olaraq istifadəçilər kütləvi şəkildə abunəlikdən imtina etməyə başladılar. Elə həddə çatdı ki, bu məsələyə həsr olunmuş sayt narazıların axını altında sadəcə “çökmüş” oldu.

Sosial şəbəkələrdə oyunçular Microsoft-u tamahkarlığa görə sərt tənqid etdilər. Bəziləri bildirdi ki, indi Game Pass sadəcə verdiyi xidmətə görə dəyərli deyil — ayda 30 dollar ödəməkdənsə, maraqlı oyunları birbaşa almaq daha sərfəlidir. Digər oyunçular isə qeyd etdilər ki, ümumilikdə şirkətin siyasəti onları qəzəbləndirib və artıq Xbox yaradıcılarını dəstəkləmək istəmirlər.

Sənaye nümayəndələrini də Microsoft-un addımı xeyli təəccübləndirdi. “Circana” analitiki Mett Piskatella istifadəçilərin adətən hansı səbəblərə görə Game Pass-dan imtina etdiklərini göstərən statistikaları paylaşdı. Simvolik olaraq, ən populyar variantlar belə səslənirdi: “Abunə haqqı büdcəyə uyğun deyildi, baxmayaraq ki, xidmət xoşuma gəlirdi” və “Abunə çox bahadır, verdiyi xidmətə görə dəyərli deyil”. Buna baxmayaraq, korporasiya bu məlumatı nəzərə almadan qiyməti qaldırmaq qərarına gəldi.

Ən maraqlı reaksiyanı isə GameStop mağazası verdi. Onların nümayəndələri zarafatla tvit paylaşdılar: “Game Pass: ayda 29,99 dollar — heç nə sənə məxsus deyil. GameStop: bir dəfə aldın — oyun həmişə səninlədir. Çox sadə hesablama”.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr