“Silent Push” şirkəti “Steam” hesablarını oğurlamaq üçün fırıldaqçılar tərəfindən istifadə edilən yeni bir sxemə diqqət çəkib. Bu üsul əsasən CS2 oyunçularına yönəlib və “brauzerdə brauzer” texnikasından istifadə edir.
Bəzi etibarlı görünən (və ya həqiqətən etibarlı olan) saytlarda CS2 üzrə NAVI peşəkar komandasının şəkli (lakin artıq mövcud olmayan, köhnə heyət) və pulsuz qutu açmağı təklif edən saxta pop-up pəncərə peyda olur. İstifadəçi guya hədiyyə qazanır və daha sonra həmin skin-i almaq üçün Steam hesab məlumatlarını daxil etməsi tələb olunur.
Əsas təhlükə ondan ibarətdir ki, bu saxta giriş pəncərəsi çox real görünür — hətta Steam mağazasının rəsmi ünvanı da göstərilir. Bu səbəbdən bir çox oyunçu çaşqınlıq yaşayır və fırıldaqçılara inanır. Lakin bu saxta pəncərə bəzi detallarla tanınır: məsələn, onu nə böyütmək, nə də kiçiltmək olmur, və koduna baxıldıqda fərqli hissələrdən yığıldığı görünür.
Fikirləriniz ?
