2024-cü ilin sentyabrında Electronic Arts, The Sims 5-i hazırlamayacağını bəyan edərək ictimaiyyəti təəccübləndirdi. Bir il sonra isə nəşriyyat bu qərarın hələ də düzgün olduğunu düşünür.
Variety ilə söhbət zamanı EA Entertainment rəhbəri Laura Miele təsdiqlədi ki, şirkət The Sims-in beşinci hissəsinin istehsalına resurs ayırmağı planlaşdırmır. Bunun səbəbi isə qəribə də olsa The Sims 4-dür: oyun və onun əlavələri yaxşı satılır, buna görə də EA bütün diqqətini bu layihə üçün yeni kontentin hazırlanmasına yönəldəcək.
“Mənim istəmədiyim son şey odur ki, siz sıfırdan başlamağa məcbur olasınız və illər ərzində yaratdığınız və aldığınız bütün kontentdən imtina edəsiniz. Son 10 ildə biz The Sims 4 üçün 85-dən çox kontent paketi buraxmışıq, buna görə də yenidən başlamaq oyunçular üçün əlverişsizdir və icmamız üçün yaxşı fikir olmazdı,” – deyə Miele bildirib.
Miele həmçinin The Sims əsasında çəkilən film haqqında da danışıb: Electronic Arts filmin premyerasından sonra adaptasiya ilə bağlı xüsusi kontent hazırlamağı və onu paylaşmağı planlaşdırır. Şirkət həmçinin məşhur həyat simulyatorunun çox oyunçulu versiyası üzərində də işləyir. EA Entertainment rəhbəri qeyd edib ki, bu layihə şirkətin inkişafı üçün yeni imkanlar yaradacaq. Təəssüf ki, müsahibədə ətraflı məlumat verilməyib. Yalnız o məlumdur ki, oyunda unikal rejimlər olacaq, lakin onların nədən ibarət olacağı açıqlanmayıb.
Fikirləriniz ?