Keçən il, bir zamanlar ən güclü PlayStation eksklüzivlərindən biri olan The Last of Us Part I oyunun, PC versiyası buraxıldı. Gələn yaz post-apokaliptik dramın birinci hissəsinin remeykindən sonra onun mübahisəli davamı gələcək.
The Game Awards 2024 zamanı Sony və Naughty Dog The Last of Us Part II Remastered portunu elan etdilər. Layihənin treyleri hekayə səhnələrini və bir neçə oyun anını göstərir. Tərtibatçılar söz verirlər ki, görüntü və idarəetmə elementləri yeni platforma üçün “təkmilləşdiriləcək və optimallaşdırılacaq” və Remastered-in bütün unikal rejimləri ən son buraxılışa daxil ediləcək.
The Last of Us Part II Remastered-in PC versiyasının buraxılışı aprelin 3-nə planlaşdırılır. Xatırladaq ki, The Last of Us Part II-nin orijinal versiyası 2020-ci ilin yayında buraxıldı və onun PlayStation 5 üçün remasterinin premyerası 2024-cü ilin yanvarında baş tutmuşdu.
Fikirləriniz ?