Yaxın günlərdə, bir zamanlar heç də pis alınmayan avtomobil simulyatoru seriyasının uğursuz üçüncü hissəsi olan «Project CARS 3» tarixə qovuşacaq.
Bandai Namco məlumat verib ki, 25 avqustda Project CARS 3 bütün rəqəmsal mağazalardan satışdan çıxarılacaq, onlayn rejimlər isə 24 fevral 2026-cı ildə bağlanacaq. Bununla belə, oyun istifadəçilərin kitabxanalarında qalacaq. Beləliklə, Slightly Mad Studios-un seriyası tamamilə yox olacaq, çünki əvvəlki hissələr də bir neçə il əvvəl satışdan çıxarılmışdı.
Xatırladaq ki, üçüncü hissə 2020-ci ildə çıxmış və mətbuatla yanaşı oyunçulardan da qarışıq rəylər almışdı: müəlliflər hesab edirdilər ki, “arcade” tipli yarışlar oyunçulara daha uyğundur və simulyasiya elementlərini sadələşdirmişdilər. Nəticə isə tam əksinə oldu — bu dəyişiklik seriyanın son pərəstişkarlarını da itirməsinə səbəb oldu.
Fikirləriniz ?