Qarşıdan gələn Gamescom 2024, iştirakçı şirkətlərin sayına görə rekord vuracaq. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Video Games Chronicle” nəşrinin əməkdaşları paylaşıblar. Həmçinin şou təşkilatçıları daha çox xarici qonaq gözləyirlər.
İştirakçıların tam siyahısı məlum deyil, lakin sərgidə iştirakını təsdiqləyən şirkətlər açıqlanıb: 2K, Amazon Games, AMD, Bandai Namco, Capcom, Electronic Arts, Focus Entertainment, HoYoverse, Konami, Krafton, Lego, Level Infinite, Meta Quest, NetEase Games, Nexon, Plaion, Sega, Square Enix, Team 17, The Pokémon Company, THQ Nordic, TikTok, Ubisoft və Xbox.
“Keçən il ərzində güclü artımdan sonra qarşıdan gələn Gamescom-da yeni mərhələlərə nail olmağı səbirsizliklə gözləyirik. Sərgidə daha çox iştirakçı, o cümlədən beynəlxalq tərəfdaşlar olacaq”, — Gamescom-un direktoru Tim Endres bildirdi.
Gamescom 2024 avqustun 21-dən 25-dək keçiriləcək. Şounun açılış hissəsinin avqustun 20-nə planlaşdırılıb. Aparıcı həm də illik The Game Awards mərasimi ilə tanınan Geoff Kiley olacaq.
Fikirləriniz ?