Bu ilin yayında çıxan “Dune: Awakening” böyük diqqət çəkdi, lakin adəti üzrə tez bir zamanda auditoriyasının bir hissəsini itirdi. İndi isə müəlliflər layihə ilə pulsuz tanış olmaq imkanı təklif edirlər.
Funcom “Dune: Awakening” üçün pulsuz həftə elan edib. 27 noyabra qədər istənilən şəxs oyunu sınaqdan keçirə bilər, lakin oyunda qalma müddəti on saatla məhdudlaşdırılıb. Araşdırmaq üçün əksər bölgələr əlçatan olacaq, amma bəzi məhdudiyyətlər də var: turistləri Harko kəndinə, Arrakina və digər məkanlara buraxmayacaqlar.
Əlbəttə ki, əldə olunan irəliləyiş tam versiyanı aldıqda olduğu kimi saxlanılacaq. Misilsiz səxavət atraksionu ilə yanaşı endirim təklifi də başlayıb: oyunun qiyməti 25% aşağı salınıb. Endirim 1 dekabr tarixinə qədər qüvvədə olacaq.
Fikirləriniz ?



