2023-cü ilin sonunda hakerlər “Insomniac Games” oyun studiyasının serverlərinə daxil olandan sonra şəbəkədə çoxlu sayda qeyri-rəsmi məlumat yerləşdirilmişdir. O cümlədən məlumatlar arasında “Marvel’s Spider-Man 2” oyunun PC versiyası da mövcud idi, lakin dəqiq təqdimat tarixi haqqında heç bir məlumat yox idi.
İndi isə “New York Comic Con 2024” təqdbiri zamanı Insomniac Games studiyası rəsmi olaraq “Marvel’s Spider-Man 2” oyunun kompüter versiyasını təqdim etdi. Oyun — Steam və Epic Games Store-da buraxılacaq, lakin bir məqam da var ki, oyunun səhifəsi PSN-də hesab yarada bilməyəcəyiniz ölkələrdə mövcud olmayacaq.
Insomniac həmçinin oyuna hekayə əsaslı əlavələr yaratmaq planının olmadığını təsdiqlədi. Bu, superqəhrəman döyüş oyunu üçün böyük DLC-dən bəhs edən sızmaya ziddir.
Qeyd edək ki, Marvel’s Spider-Man 2, artıq gələn il, 30 yanvar tarixində PC platforması üçün satışa təqdim olunacaq. Orijinal konsol versiyası, xatırladaq ki, PlayStation 5-də bir il əvvəl, oktyabrın 20-də buraxıldı.
Fikirləriniz ?