Gözlənildiyi kimi, CES 2024 elektronika sərgisi çərçivəsində, MSI şirkəti “Claw A1M” adlı debüt portativ oyun konsolunu təqdim etdi.
Cihaz “Valve Steam Deck” və “ASUS ROG Ally” ilə rəqabət aparmaq üçün nəzərdə tutulub və onun əsas fərqi — AMD çipləri əvəzinə yeni Intel Core Ultra prosessorlarını əldə etməsidi.
Konsolunun üstünlükləri arasında MSI, ilk növbədə, XeSS texnologiyasını dəstəkləyən Intel prosessorlarını qeyd edir, bu isə cihaza AAA oyunlarda maksimum performans göstərməyə köməklik edəcək.
Bundan əlavə, Claw, şirkətin iddia etdiyi kimi, maksimum yükləmə zamanı 2 saat batareyanın işləmə müddətini təmin edən 53 W/s tutumlu bu cür cihazların sinfində ən böyük batareya həcmini təklif edir.
MSI Claw — 1080p, 500 nits parlaqlığı və 120Hz-ə qədər dəyişən yeniləmə tezliyini dəstəkləyən 7 düymlük IPS sensor ekranına malikdir. Cihaz Intel qrafikası ilə inteqrasiya olunmuş: Core Ultra 5 və ya 7 prosessoru, 16 GB-a qədər operativ yaddaş və 1 TB-a qədər PCIe M.2 yaddaşı ilə bir neçə modifikasiyada təqdim olunacaq. Ondan əlavə USB Type-C portu (Thunderbolt 4), microSD kart yuvası, 3,5 mm qulaqlıq girişi və barmaq izi skaneri də mövcuddur.
Cihaz, istifadəçinin oyun kitabxanasına sürətli və rahat girişi təmin edən xüsusi MSI Center M yardım proqramı ilə Windows 11 üzərində işləyir. Bundan əlavə, konsol xüsusi App Player emulyatoru vasitəsilə Android oyunlarını idarə etməyə qadirdir.
“MSI Claw A1M” bu ilin ilk yarısında 699 dollardan 799 dollara qədər qiymətlərlə satışa çıxarılacaq. Əsas versiyada yaddaş tutumu 512 GB təşkil edir.