25 C
Баку
Воскресенье, 8 июня, 2025
spot_img

«Nintendo Switch 2» treyleri təqdim edildi, apreldə satışa çıxacaq, lakin qiyməti və tarixi artıq məlumdur

Yeni təqdim olunan rəsmi treylerdən aydın olur ki, konsol yeni dizayna malikdir və kontrollerlər maqnitlərdən istifadə etməklə birləşdirilib. Ondan əlavə ölçüləri daha böyükdür, amma performans detalları bu dəfə açıqlanmadı, yeni model konsol çox güman sələfindən bir neçə dəfə daha güclü olacaq. “Mario Kart 9” oyunu isə təqdimata özəl hazırlanan layihələrdən biridir.

Şirkət aprel ayının 2-də tam təqdimat tədbirini keçirməyi planlaşdırır. Hammıdan əvvəl “Switch 2”də oynamaq şansını isə Aprel və May aylarında keçiriləcək xüsusi tədbirlərdə əldə etmək mümkündür. Tədbirlər Paris, Berlin, London və digər şəhərlərdə baş tutacaq.

“Swich 2 Təcrübəsi” üçün biletlər təsadüfi tirajla paylanacaq. “Uduş”da iştirak etmək istəsəniz 17-26 yanvar tarixləri arasında pulsuz qeydiyyatdan keçməlisiniz (ilk tədbirlər üçün). Cədvəl isə aşağıda təqdim olunur.

ABŞ:
Nyu York – 4-6 aprel;
Los Anceles – 11-13 aprel;
Dallas – 25-27 aprel;
Toronto – 25-27 aprel;

Avropa:
Paris – 4-6 aprel;
London – 11-13 aprel;
Milan – 25-27 aprel;
Berlin – 25-27 aprel;
Madrid – 9-11 may;
Amsterdam – 9-11 may.

Yeni konsolun rəsmi satışa çıxması artıq bu il olacağı gözlənir. Qeyri rəsmi məlumata əsasən, buraxılış iyulun 11-də 400 avro/dollar qiymətinə baş tutacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr