Şirkət oyunlarda müxtəlif vəziyyətlərdə oyunçulara kömək edəcək neyroşəbəkəyə əsaslanan AI köməkçisi Project G-Assist-i nümayiş etdirdi. Proqramda oyunun üzərinə açılan bir pencərə var və siz çatbotdan keçid və ya səviyyəni yüksəltmək üçün məsləhətlər istəyə bilərsiniz, həmçinin optimal qrafik parametrlərini də seçmək mümkündür. Qeyd edək ki, “G-Assist”-in nə vaxt buraxılacağı hələ dəqiq bilinmir.
Həmçinin bildirək ki, NVIDIA oyunçular üçün chatbot və köməkçi yaratmaq istəyən ilk şirkət deyil. Bundan əvvəl Microsoft oxşar Copilot funksiyasını nümayiş etdirmişdi.
Fikirləriniz ?