Digital Foundry mütəxəssisləri Cyberpunk 2077 oyununun Nintendo Switch 2 üçün hazırlanmış portunu test ediblər və ilkin qiymətləndirmələrini veriblər: vəziyyət o qədər də pis deyil, amma optimizasiya baxımından hələ çox iş görülməlidir.
Kim düşünərdi ki, PlayStation 4 ilə müqayisə oluna biləcək gücdə olan portativ konsolda Cyberpunk 2077 tam şəkildə işləməyəcək? Amma məhz belə olub. Portativ rejimdə oyun 540-dan 720p-yə, stasionar rejimdə isə 720-dən 1080p-yə qədər təsvor ölçüsünü təqdim edir. Keyfiyyət və performans rejimləri isə uyğun olaraq 30 və 40 fps-də işləyir (60 fps deyil). Oyun zamanı müxtəlif donmalar və kadr düşmələri müşahidə olunur — xüsusilə yüksək sürətli hərəkət və böyük atışmalar zamanı. Bu tip səhnələr həm mərkəzi, həm də qrafik prosessoru ciddi şəkildə yükləyir.
Analitiklər Nintendo Switch 2-nin təxmini gücünü imitasiyası üçün RTX 2050 istifadə ediblər və DLSS texnologiyasının daha səmərəli ola biləcəyini müəyyən ediblər. Ekspertlərə görə, əsas problem avadanlıqda deyil, optimizasiyanın zəifliyindədir – CD Projekt RED studiyasının bu sahədə hələ çox işləri var və çox az vaxtları qalıb.
Artıq bu versiya Switch 2 üçün ən çətin portlardan biri adlandırılır və yeni konsolun imkanlarını nümayiş etdirmək üçün əhəmiyyətli rol oynayacaq.
Oyunun çıxışı 5 iyun tarixinə planlaşdırılıb və konsolun satışa çıxışı ilə eyni gündə əlçatan olacaq.
Fikirləriniz ?