27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Oyunçular «Nintendo Switch 2″nin təqdimatını qiymətləndirirlər — razı qalanlar yalnız 48,7% təşkil edir

Dünən baş tutan “Nintendo Switch 2” təqdimatı bir çox izləyicidə qarışıq hisslər yaratdı. “The Game Awards”un aparıcısı Ceff Kili bu təqdimatla bağlı xalq arasında sorğu keçirməyə qərar verdi — görünür, şou hamının xoşuna gəlməyib.

Beş ballıq şkala üzrə təqdimata 55 mindən çox insan qiymət verib. Onlardan 73,7%-i göstərilənlərdən razı və ya əsasən razı qalıb. Səslər isə belə bölünüb:
• 5 bal — 48,7%
• 4 bal — 25%
• 3 bal — 12,5%
• 2 bal və ya daha aşağı — 13,7%

Şərhlərdə də müxtəlif və ziddiyyətli fikirlər səslənib. Bəziləri təqdimatın mükəmməl olduğunu düşünür, digərləri isə 80 dollara yeni “Mario Kart” hissəsinə sevinənlərə təəccüblə yanaşır. Nintendo-nun əlavə aksesuarların qiymətini açıqlamaması və konsolun qiymətini yalnız sonra mətbuat vasitəsilə elan etməsi də izləyiciləri narahat edib.

Bəs sizcə, keçirilən «Nintendo Direct» necə alındı?

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr