Steam hər zaman olduğu kimi istifadəçiləri üçün yeni funksiyaları təqdim etməyə davam edir: indi isə Steam-dən istənilən oyuna daxil olarkən, oyunun hə hansı hissəsini klip kimi yaza və onu cəmiyyətlə paylaşa bilərsiniz.
Yeni funksiya hazırda yalnız Steam-in beta versiyasında mövcuddur. Sistem “Game Recording” adlanır və oyunçulara son hadisələri qeyd etməyə, həmçinin yaranan fraqmentləri tez redaktə etməyə və yazıları dostları ilə paylaşmağa imkan verir. Arxa fonda qeyd funksiyası davamlı olaraq görüntüləri saxlayır və siz proqramdan istifadə etmək üçün müddəti və yaddaş ölçüsünü seçə bilərsiniz. Yeniləmə həmçinn Steam Deck-də də mövcuddur.
Valve qeyd edir ki, arxa fonda oyun qeydi mümkün qədər az kompüter resursları sərf edəcək — və guya bu, (çox çətin məhz helə olsun) oyunun performansına demək olar ki, heç bir təsir göstərmir. Funksiyanın nə zaman ictimaiyyətə rəsmi təqdim ediləcəyi bəlli deyil: Valve hazırda sistemi yekunlaşdırmaq və təkmilləşdirmək üçün auditoriya rəyini gözləyir. Oyun qeydini sınamaq üçün interfeys parametrlərinə keçməli və “Beta testində iştirak” elementini aktivləşdirməlisiniz.
Fikirləriniz ?