Bir ay əvvəl Ubisoft şirkətində restrukturizasiya prosesinə start verildi. Bu çərçivədə şirkət daxili studiyalarda ciddi dəyişikliklər etdi və bir sıra layihələri ləğv etdi. Xoşbəxtlikdən, mobil “Rainbow Six Mobile” bu dəyişikliklərdən təsirlənmədi — oyun planlaşdırıldığı vaxtda işıq üzü gördü.
23 fevral axşamı şərti olaraq pulsuz (free-to-play) şuter “Rainbow Six Mobile” qlobal olaraq istifadəyə verildi. Tom Clancy’s Rainbow Six Siege oyununun portativ versiyası demək olar ki, bütün dünyada əlçatandır.
Mobile versiyada artıq ilk mövsüm də başlayıb. O, Sand Wraith adlanır və “3-ə 3” formatında döyüş rejiminə həsr olunub.
Xatırladaq ki, “Rainbow Six Mobile” 2022-ci ildə anons olunmuşdu. Oyunun ilk iki beta-test mərhələsi isə 2023-cü ildə keçirilmişdi.
Fikirləriniz ?



