Uşaqlar tez-tez onlayn oyunlarda valideynlərindən gizli, tamamilə fərqli bir həyat yaşayırlar. Amma bu dəfə uşağın “nailiyyətlərindən” hamının xəbəri oldu: 14 yaşlı Brawl Stars oyunçusunun davranışı İnterpolun diqqətini çəkdi.
“Baza” nəşrinin məlumatına görə, Sankt-Peterburqdan olan 14 yaşlı məktəbli Brawl Stars oyununda “Papa Qrib” ləqəbi ilə oynayırmış. Lakin may ayında digər istifadəçiləri təhqir etdiyi üçün onun hesabı bloklanıb. Hesab bağlandıqdan bir neçə gün sonra isə uşağın atası ilə polis əlaqə saxlayıb və övladı ilə birlikdə ifadə vermək üçün bölməyə gəlməsini istəyib. Məlum olub ki, İnterpol Rusiya hüquq-mühafizə orqanlarına oyundakı söhbətlərin skrinşotlarını göndərərək həmin məlumatların yoxlanılmasını tövsiyə edib.
Jurnalistlərin məlumatına görə, “Papa Qrib” digər bir oyunçu ilə mübahisə zamanı ona hədələr edib və dini mövzularda sərt ifadələr işlədib. Skirinşotlar ataya göstərildikdən sonra yeniyetmə hər şeyi etiraf edib və peşmanlığını bildirib. Ata və oğul profilaktik söhbətdən sonra buraxılıb. Bununla belə, DİN hadisəni CM-nin 148-ci maddəsi (dini hisslərin təhqiri) üzrə araşdırmağa başlayıb.
Qeyd olunur ki, hadisə ilə bağlı məlumatı İnterpola oyunun yerləşdiyi Google korporasiyası ötürüb.
Fikirləriniz ?