“Tarsier Studios” komandası görünür “Little Nightmares” oyun seriyası üzərində işləməkdən artıq yorulub. Studiya markanı “Supermassive Games”-ə təhvil verdi və tamamilə fərqli bir oyun hazırlamağa başladı. Hansı ki, treylere görə, açıq şəkildə onların əvvəlki hitlərinə bənzəyir.
Gamescom 2024 zamanı “Reanimal” oyunu anons edildi. Xorror (qorxu) janaında oyun dostlarını ürpertici canavarların pəncəsindən xilas etmək üçün yola çıxan qardaş və bacının hekayəsindən bəhs edir. Hekayə həm tək oyunçu, həm də kooperativ rejimində oynanıla bilər.
“Tarsier Studios”-un yeni layihəsinin hələ buraxılış tarixi bilinmir. Amma layihə PC, PlayStation 5 və Xbox Series platformaları üçün çıxacağı artıq məlumdur.
Fikirləriniz ?