27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

S.T.A.L.K.E.R. 2 PC-də sınaqdan keçirildi. «Upscale»sız oynamaq sadəcə mümkün deyil

“PC Gamer” mütəxəssisləri “S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl” oyununu müxtəlif kompüterlərdə sınaqdan keçirdilər və maraqlı bir nəticəyə gəldilər: şuteri ”upscale”sız (DLSS) işə salmaq sadəcə “mümkün” deyil. Təcrübə göstərdiyi kimi, hətta Intel Core i7 14700KF və RTX 4080 Super-in güclü kombinasiyası — 4K və “Epic” qrafik parametrlərində saniyədə 60 kadr-a çata bilmir. Lakin “upscale” (DLSS) texnologiyası ilə saniyədə 47 kadr asanlıqla 109-a çevrilə bilər.

Amma əgər belə fəndlər “keçmirsə” və əlinizdə yalnız “GeForce RTX 3060 Ti” səviyyəli video kartınız varsa, siz parametrlərlə nəsə edə bilərsiniz. İlişmələrin qarşısını almaq üçün ekspertlər “Kölgə keyfiyyəti” və “Bitki örtüyünün keyfiyyətini” sadələşdirməyi, “Ətraf mühitin çəkiliş məsafəsini” azaltmağı və “Qlobal işıqlandırma”nı daha da pisləşdirməyi tövsiyə edirlər. Məsləhət aydın ola bilər, lakin jurnalistlərin gördükləri kimi, bu, yeni bir məhsul üçün hazırda çox aktualdır.

PC Gamer, həmçinin qeyd etdi ki, vizual olaraq orta və yüksək qrafik “preset”ləri arasındakı fərq çox azdır — lakin aşağıdan daha tələbkar bir ayarlara keçid fps göstəricilərində dərhal nəzərə çarpır. Və ayrıca bir sətirdə qeyd etmək lazımdır ki, S.T.A.L.K.E.R. 2 ASUS ROG Ally və onun analoqlarında işləyir, amma portativ kompüterlərdə işıqlandırma tam olaraq pozulub.

Xatırladaq ki, “S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl” noyabrın 20-də PC və Xbox series platformaları üçün satışa təqdim olundu.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr