Hələ keçən il Sony “Ghost of Tsushima” oyununun tək nəfərlik davamı olan Ghost of Yotei oyununu elan etmişdi. Oyunun satışa çıxma tarixi sürətlə yaxınlaşır və bu münasibətlə şirkət yeni məlumatları xüsusi təqdimat vasitəsilə bölüşmək qərarına gəlib.
Sony tərəfindən keçiriləcək State of Play təqdimatı tamamilə Ghost of Yotei oyununa həsr olunacaq. Şou zamanı oyunçulara 20 dəqiqəlik geympley görüntüləri nümayiş olunacaq. “Sucker Punch Productions” studiyasının tərtibatçıları oyun haqqında ətraflı danışacaq, süjet xəttini açıqlayacaq, silahları, fərdiləşdirmə imkanlarını və müxtəlif oyun rejimlərini göstərəcəklər. Yayım 11 iyul tarixində Bakı vaxtı ilə saat 01:00-da YouTube və Twitch platformalarında başlayacaq.
Xatırladaq ki, Ghost of Yotei oyununun rəsmi çıxışı 2 oktyabr tarixində baş tutacaq. Oyun yalnız PlayStation 5 üçün eksklüziv olaraq təqdim olunacaq. Hadisələr Ghost of Tsushimanın finalından 300 il sonra, Yotei dağlarında baş verəcək. Davam oyununda əsas qəhrəman Atsu adlı bir qadın döyüşçü olacaq. Daha əvvəl tərtibatçılar bildirmişdi ki, Ghost of Yotei oyununda gedişat böyük açıq dünya üzərində qurulacaq.
Fikirləriniz ?
