27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Sony orijinal Playstation üslubunda PS5-in məhdud versiyasını təqdim etdi — [Video]

Bu il Sony ilk PlayStation-un satışa çıxarılmasının 30 illiyini qeyd etdi. Bunun şərəfinə şirkət orijinal konsol üslubunda cihazların məhdud kolleksiyasını təqdim etdi.

Dəstə PlayStation Digital, PlayStation 5 Pro, PlayStation Portal, həmçinin DualSense və DualSense Edge kontrollerləri daxildir. Onların retro dizaynını foto görüntülərində və Youtube platformasında xüsusi onun üçün buraxılmış treylerdə qiymətləndirə bilərsiniz.

Təəssüf ki, Sony bu kolleksiyanın qiymətini açıqlamadı. Bunun əvəzinə, PS5 Pro-nun nostalji versiyasının 12,300 nüsxəsini buraxacağını qeyd etdi. PS5-lərin satış sürətini nəzərə alsaq, bu, inanılmaz dərəcədə kiçik bir istehsaldır.

Sentyabrın 26-da təqdim olunan konsol və aksesuarların məhdud sayda buraxılışlarının ilkin sifarişlərini yerləşdirə bilərsiniz. Rəsmi satış isə noyabrın 21-dən etibarən başlayacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr