Kompüter oyunlarına maraq artıq ucuz bir hobbi deyil — və yaxın zamanda əlçatan olacağı da gözlənilmir. Sony bir neçə böyük regionda PlayStation 5 qiymətlərinin artırıldığını açıqlayıb.
Şirkət qiymət artımını “çətin iqtisadi vəziyyət” ilə əsaslandırır. Avropada PS5 Digital Edition-un qiyməti 449 avrodan 499 avroya qalxıb, Böyük Britaniyada isə bu göstərici 389 funt sterlinqdən 429 funt sterlinqə yüksəlib. Yeni Zelandiyada və Avstraliyada isə hər iki versiyanın qiyməti artıb.
Qiymət artımı 14 aprel tarixindən qüvvəyə minib. Şirkət bu artımı balanslaşdırmaq üçün konsol üçün ayrıca satılan disklərin qiymətində endirimə gedib.
Fikirləriniz ?