Oyun sənayesi heç də ən yaxşı dövrlərini yaşamır, amma şirkətlərin gəlirlərinə baxanda bunu demək olmaz. Əksinə — məsələn, Sony rahatlıqla öz videooyunlarının hazırlanmasını dayandıra bilər və buna baxmayaraq bazarda ayaqda qala bilər.
İnternet istifadəçiləri artıq yapon korporasiyasının 2024-cü ilə dair gəlir hesabatını müzakirə etməyə başlayıblar. Sənəddən göründüyü kimi, şirkətin gəlirlərinin böyük hissəsi rəqəmsal xidmətlər və mikrotranzaksiyalardan gəlir:
• 29% — oyun daxili kontent (Sony, PlayStation Store vasitəsilə satılan bütün oyun daxili əşyalar, mövsümi keçidlər və DLC-lərdən faiz qazanır);
• 24% — konsol satışlarından gəlir;
• 20% — PlayStation Store üzərindən oyun satışlarından gəlir;
• 14% — PlayStation konsollarındakı abunə xidmətləri;
• 10% — digər gəlirlər (aksesuarlar və PlayStation VR2 satışları daxil olmaqla);
• 3% — fiziki daşıyıcılar üzərində videooyunlar.
İki məqamı xüsusi qeyd etmək lazımdır. Birincisi, PlayStation Store-un gəlirində yalnız Sony studiyalarının deyil, həm də üçüncü tərəf tərtibatçıların oyunları nəzərə alınır.
İkincisi, pərakəndə satışın aşağı göstəriciləri onunla bağlıdır ki, şirkət bu sahədən əldə olunan gəlirləri qeyri-bərabər hesablayır: üçüncü tərəf şirkətlərin relizləri zamanı yalnız satışdan götürdüyü komissiyanı nəzərə alır — buna görə də faiz bu qədər aşağıdır. Mütəxəssislərin sözlərinə görə, əslində PlayStation cihazlarında fiziki nüsxələr ümumi satışların təxminən 24%-ni təşkil edir (rəqəmlərlə ifadə etsək, bu 73 milyon disk deməkdir).
Fikirləriniz ?




