Nəhayət, qış başa çatdı və pəncərədən günəşli yaz havası hiss olunur. İsti mövsümün gəlişini qeyd etməyin vaxtı gəldi — və Valve özünüzə hədiyyə vermək üçün gözəl bir imkan yaradır.
14 mart tarixindən etibarən Bakı vaxtı ilə saat 21:00-dan Steam-də Bahar endirimləri başladı. Tədbir zamanı biri digərindən daha cəlbedici olan minlərlə oyun endirim əldə etdi. Ən “dadlı” təkliflər arasında:
— Divinity: Original Sin Enhanced Edition — 6,78 azn (-80%)
— The Talos principle — 3,69 azn (-85%)
— Terraria — 5,34azn (-50%)
— SUPERHOT — 5,09 azn (-70%)
— BattleBit Remastered — 11,03 azn (-50%)
Əlbəttə ki, bu, okeanda bir damladır və indi Steam mağazasında hər zövqə uyğun oyunlar tapa bilərsiniz. Ancaq gecikməyi məsləhət görmerük: satış cəmi bir həftə davam edəcək və artıq martın 21-də Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.