CES 2025 sərgisində NVIDIA şirkəti “NVIDIA ACE” texnologiyasının inkişafı ilə bağlı planlarını açıqladı. Əgər əvvəllər texnologiya NPC-ləri (videooyunlarda oynanmayan personajları) sadəcə olaraq daha canlı və inandırıcı etməli idisə, indi onlara oyunçuların canlı müttəfiqlərini əvəz edəcək hiyləgər süni intellekt əlavə olunur.
Korporasiyaya görə, ACE-li personajlar “[öz ətraflarını] qavramağı, planlaşdırmağı və insanlar kimi davranmağı” bacarır. Şirkət artıq dünyanın ən böyük studiyaları ilə əməkdaşlıq haqqında razılığa gəlib: qabaqcıl süni intellekt botları PUBG: Battlegrounds, Naraka: Bladepoint Mobile mobil oyununun PC versiyası və inZOI-da əlavə olunacaq.
PUBG-də süni intellekt döyüşlər zamanı kömək edəcək, qənimətləri bölüşəcək, nəqliyyat vasitələrini idarə edəcək — bir sözlə, özünü ideal müttəfiq kimi aparacaq. PUBG Ally adlanan bu əlavə artıq bu il oyuna əlavə olunacaq.
NVIDIA-nın planları haqqında ətraflı məlumatı şirkətin rəsmi saytında oxuya bilərsiniz. Korporasiya nümayəndələrinin fikrincə, bütün bunlar sadəcə “aysberqin görünən hissəsidir”.
Fikirləriniz ?