25 C
Баку
Суббота, 5 июля, 2025
spot_img

Tədqiqat: Hətta zorakı və gərgin oyunlar da stressi azaltmağa kömək edir

Hər il videoyunların müxtəlif səviyyələrdə faydalarını təsdiqləyən araşdırmaların sayı artır. Bu faydalardan biri də stresin azaldılmasıdır. Adətən stressdən azad olmaq üçün sakit oyunlara üstünlük verilməsi tövsiyə olunur, lakin son araşdırmalar göstərir ki, bu, mütləq şərt deyil.

Bir qrup alim oyun prosesinin intensivliyinin insanın stress səviyyəsinə təsir edib-etmədiyini müəyyənləşdirmək üçün tədqiqat aparıb. Testdə iştirak etmək üçün 18–40 yaş arasında 82 nəfər seçilib, onlardan 42-si qadın olub. Maraqlıdır ki, iştirakçılardan 79-u daha əvvəl videoyunlarla tanış idi.

Test iki mərhələdə keçirilib. Əvvəlcə iştirakçıların əsas göstəriciləri ölçülüb. Daha sonra hər kəsdən əlini 3 dəqiqə ərzində buzlu suya salmaq və hər 20 saniyədən bir öz vəziyyətini qiymətləndirmək xahiş olunub. Bu mərhələdə alimlər həm psixoloji, həm də fiziki stres zamanı göstəricilərdəki dəyişiklikləri qeyd ediblər. Ardınca iştirakçılar iki qrupa bölünüb və hər biri A Plague Tale: Requiem oyununu 25 dəqiqə oynayıb. Birinci qrup daha çox aksiyon və gərginlik dolu səhnələri, ikinci qrup isə sadəcə dünyanın araşdırılması kimi sakit hissələri keçib. Eksperiment zamanı alimlər müxtəlif ölçmələr aparıb və iştirakçıların fikirlərini sorğulayıblar.

Nəticələr göstərib ki, aksiyon səhnələrini keçən qrup daha çox subyektiv stress hiss edib. Bu iştirakçılar daha çox gərginlik və rahatlaşmaqda çətinlik yaşadıqlarını bildiriblər. Sakit səhnələri keçən qrup isə özlərini daha rahat hiss etdiklərini deyib. Amma maraqlısı budur ki, hər iki qrupda kortizol səviyyəsi – yəni stres hormonu – oyundan sonra azalıb. Eyni zamanda, ürək döyüntülərinin tezliyi də azalıb və bu azalma buzlu su testindəkinə nisbətən daha çox olub.

Əgər kimsə gərginlik hissi ilə stressdən azad olmağa üstünlük vermirsə, alimlər uzun müddətdir ki, stresə qarşı təsirli olan rahatlaşdırıcı oyunları da müəyyən ediblər. Hətta belə oyunların siyahısı da tərtib olunub və bu siyahıya liderlik edən oyun Stardew Valley olub.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr