Tacikistan polisi kompüter klublarında yeni növ “cinayətkarları” axtaracaq — Counter-Strike və GTA oyunçularını
Tacikistan Mədəniyyət Nazirliyi GTA və CS oyunlarında — zorakılıq, qətl və quldurluq səhnələrinin olduğunu aşkar edib və onların yayılmasını qadağan edib.
Tələb oyun klublarının sahiblərinə ünvanlanıb və valideynlərə diqqətli olmaları tövsiyə olunub, çünki yeniyetmələr neqativ təsirlərə tab gətirə və cinayət törədə bilərlər.
Qeyd edək ki, Counter-Strike oyunu ilk dəfə olaraq (25 il əvvəl) 1999-cu ildə, GTA isə (27 il əvvəl) 1997-ci ildə təqdim olunmuşdu.
Fikirləriniz ?