10 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

Take-Two, GTA VI üçün buraxılış tarixini açıqladı

Take-Two Corporation 2024-cü maliyyə ili üçün hesabatını paylaşdı. Bu, naşirin gələcək buraxılışları ilə bağlı bir çox maraqlı detallarını ortaya qoydu. Bununla belə, onlardan ən vacibi GTA VI-ya aiddir — layihə 2025-ci ilin payızı üçün elan edilib və bu, təxmini buraxılış pəncərəsini bir qədər daraltmış (və gecikdirmişdir).

Digər maraqlı xəbərlərdən:

— Hesabatda yalnız GTA 6-nın konsol versiyaları sadalanır,
— GTA V: artıq 200 milyon nüsxəsində satdılıb,
— Red Dead Redemption 2-nin satışları 64 milyona, seriyanın ümumi satışları isə 89-a çatdı.
— Borderlands seriyası 86 milyon nüsxədə satılıb.
— Summer Game Fest zamanı, yəni İyunun 7-də 2K “ən böyük və ən sevimli franşizasında” yeni oyunu elan edəcək, (yeni Mafia gəlir ?)
— Take-Two-nun dördüncü rüb üçün xalis zərəri 2,9 milyard dollar təşkil edib (keçən il bu rəqəm 610,3 milyon dollar olub),
— Take-Two Interactive dördüncü rübdə şirkətin gözləntilərini üstələyərək 1,35 milyard dollar xalis gəlir əldə etdiyini bildirdi.

Nəzərinizə çatdıraq ki, oyunçular Grand Theft Auto VI-nın yeni treylerlərini və skrinşotlarını səbirsizliklə gözləyirlər. Fanatların sözlərinə görə, oyunun saytında artıq təzə kadrlara keçidlər var, lakin onlar hələ açılmır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr