2 C
Баку
Среда, 11 февраля, 2026
spot_img

Take-Two rəhbəri: GTA VI süni intellektdən istifadə olunmadan hazırlanır

Dekabr ayında Larian Studios-un rəhbəri təsadüfən qeyd etmişdi ki, komandası xırda istehsal proseslərini sadələşdirmək üçün süni intellektdən istifadə edir. Bu açıqlama böyük mənfi reaksiya doğurduğuna görə, bir çox şirkət indi oxşar etiraflardan ehtiyatla yayınır. Bu yaxınlarda isə, məsələn, Take-Two Interactive-in prezidenti ən yeni Grand Theft Auto oyununun köhnə üsulla — yəni tamamilə əl əməyilə hazırlandığını vəd edib.

Take-Two-nun baş direktoru Ştraus Zelnick Gamesindustry.biz portalına müsahibə verib. Həmişə olduğu kimi, söhbət zamanı ondan şirkətin süni intellektə münasibəti barədə soruşublar.

Zelnick etiraf edib ki, korporasiya hər zaman AI texnologiyalarına maraq göstərib və onun bir çox məhsulları maşın öyrənməsi texnologiyalarından istifadə olunaraq yaradılır. Onun fikrincə, bu cür alətlər xərcləri və istehsal vaxtını əhəmiyyətli dərəcədə azalda bilər — amma maraqlı oyunları neyron şəbəkə ilə yaratmaq mümkün deyil.

Bununla belə, Take-Two rəhbəri xüsusi olaraq vurğulayıb ki, Grand Theft Auto VI-nın hazırlanmasında süni intellektdən istifadə olunmayıb. Onun sözlərinə görə, Rockstar Games-in dünyaları tamamilə əl ilə qurulur.

“Onlar sıfırdan yaradılır — bina-bina, küçə-küçə, məhəllə-məhlə. Burada heç bir prosedural generasiya yoxdur, bu, uyğun deyil. Böyük əyləncələr məhz belə yaradılır.” (Ştraus Zelnick,
Take-Two Interactive-in baş direktoru)

Xatırladaq ki, Grand Theft Auto VI-nın premyerası 19 noyabr 2026-cı ildə baş tutacaq. Oyun PlayStation 5 və Xbox Series üçün çıxacaq. PC versiyası isə daha sonra təqdim olunacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr