10 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

Ubisoft «Assassin’s Creed Shadows» oyununu təxirə saldı

Ubisoft-dan pis xəbərlər ili davam edir. Bildiyiniz kimi şirkət “Tokio Oyun Şousunu” buraxmaq gərarına gəlmişdi və indi məlum oldu nəyə görə — onlar “Assassin’s Creed Shadows” oyunun təqdimat tarixini təxirə saldılar.

Bu barədə məlumatı naşir sosial şəbəkələrdə paylaşıb. Rəsmi izahatda qeyd olunur ki, tərtibatçılar oyunu hərtərəfli təkmilləşdirmək və müəyyən mexanikanı həyata keçirmək istəyirlər. Nəticədə, “Shadows”-u əvvəlcədən sifariş edən bütün oyunçular pullarını geri alacaqlar və yeni əvvəlcədən sifarişlərə hekayə genişləndirilməsi pulsuz daxil olacaq.

Beləliklə, “Assassin’s Creed Shadows”-un hazırkı buraxılış tarixi: 14 fevral 2025-ci ildir. Köhnə platformalara əlavə olaraq, oyun təqdim olunan gün Steam-ə də gələcək.

Digər maraqlı xəbərlərdə: nəşriyyat rəsmi olaraq “Star Wars Outlaws”-ın satışlarını qeyri-qənaətbəxş elan edib. Mətbuat rəyləri və oyunçuların reaksiyaları kifayət qədər müsbət olsa da, hazırda korporasiya əsas diqqətini yenə də oyuna mümkün “patch”-lar və əlavə kontentin yaradılmasına yönəldib.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr