3 C
Баку
Воскресенье, 1 марта, 2026
spot_img

Xbox ölümü. Phil Spencer «Microsoft»un oyun bölməsinin rəhbəri vəzifəsindən ayrılır

Həftənin sonunda Microsoft oyun bölməsində böyük kadr dəyişiklikləri etdiyini açıqladı. 12 ildən sonra Phil Spencer Microsoft Gaming rəhbəri vəzifəsindən ayrılır. Onunla birlikdə Xbox prezidenti Sarah Bond da postunu tərk edir.

Microsoft Gaming-in yeni baş direktoru əvvəllər CoreAI bölməsinə rəhbərlik etmiş Asha Sharma təyin olunub. Şirkətin rəhbəri Satya Nadella bildirib ki, o, oyun istiqamətini növbəti inkişaf mərhələsinə aparacaq. Matt Booty isə məzmun üzrə direktor vəzifəsinə yüksəlib.

Spencer 38 il Microsoft-da çalışıb və 2014-dən Xbox-a rəhbərlik edib. Onun dövründə Game Pass istifadəyə verilib və Activision Blizzard 68,7 milyard dollara alınıb. O, keçid dövründə məsləhətçi kimi qalacaq.

Asha Sharma prioritet olaraq keyfiyyətli oyunların yaradılması, Xbox auditoriyasının etimadının bərpası və PC, mobil və bulud platformalarında genişlənməni qeyd edib. O həmçinin bildirib ki, şirkət ekosistemi “ruhsuz AI məzmunu” ilə doldurmayacaq.

Fikirləriniz ?

Asha Sharma. Xbox şirkətinin yeni direktoru

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr