11 C
Баку
Четверг, 17 апреля, 2025
spot_img

yeni Assassin’s Creed Shadows bu gün Bakı vaxtı ilə saat 20:00-da rəsmi təqdim olunacaq

Dünən gecə “Ubisoft” qarşıdan gələn Assassin’s Creed-in dəqiq adını açıqladı: bundan əvvəl “Codename Red” adlandırılan — orta əsr Yaponiyasının assassinləri haqqında “action” oyunu indi rəsmi olaraq “Assassin’s Creed Shadows” adlanacağı məlum oldu. Oyunun treyleri artıq bu gün, yəni mayın 15-də Bakı vaxtı ilə saat 20:00-da nümayiş olunacaq.

Xatırladaq ki, oyun iki personajın — tünd dərili samuray Yasukenin, eləcə də atasının ölümünün qisasını almaq üçün ninjaya qoşulan Naoe adlı qızın macəralarından bəhs edəcək. Ubisoft Connect sayəsində internetə sızan məlumata görə, oyun PC, PlayStation 5 və Xbox Series üçün çıxacaq (PlayStation 4 də platformalar arasında yer alır, lakin insayderlər bunun səhv olduğunu iddia edirlər).

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr