5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Yeni «God of War» oyununda Kratosun Misirə yollanacağını insayder təstiqləyib

İnsayderlər yeni God of War oyununun harada baş verəcəyi barədə ortaq fikrə gələ bilmirlər. Məsələyə yeni məlumat öyrənmiş Tom Henderson da qoşulub.

Henderson-un sözlərinə görə, yeni God of War hadisələri Misirdə cərəyan edəcək. Bu dəfə Kratos düşmənlərlə balta ilə deyil, əyri misir qılıncı xopeş ilə döyüşəcək. Bu məlumatlar faktiki olaraq təsdiqləyir ki, yeni hissənin əsas qəhrəmanı Atrey deyil, məhz Kratos olacaq. Çünki Ragnarokun sonluğundan sonra fanatlar bu mövzuda iki yerə bölünmüşdülər.

Hazırda yeni God of War rəsmi şəkildə elan olunmayıb. Böyük ehtimalla oyunu yaxın illərdə görəcəyik — axı Ragnarokun çıxışından artıq üç il keçib və Santa Monica komandası bu müddəti əlbəttə ki, boş keçirməyib. Misir mövzusuna gəlincə, bir çox pərəstişkar hələ çoxdan bəri Kratosun Anubis, Set, Tot və tarix dərsliklərindən tanıdığımız digər misir tanrıları ilə döyüşünü görməyi arzulayır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr