Şirkətin yeni məhsulu olan “Predator Extreme PES017” elektrik skuterin ətraflı təsvirini Acer öz saytında bir meddət öncə dərc edib. Onun xüsusiyyətləri ən ekstremal yol hissələrində belə səyahət etmək üçün nəzərdə tutulmuş möhkəm dizayn və güclü mühərrik olacaqdır.
Şirkət bildirir ki, “Extreme PES017” şəhər və yolsuzluq üçün eyni dərəcədə uyğundur. Skuter maksimum gücü 390 Vt və fırlanma anı 40 Nm olan mühərriklə təchiz ediləcək ki, bu da ona 32 km/saat sürətlənməyə və 18%-ə qədər yüksəklikləri qət etməyə imkan verəcək.
Skuterin akkumulyatorunun tutumu 48 Vt/saat olacaq (bir şarjla 32 km-ə qədər məsafə qət edə bilər). Ön və arxa təkərlərdə disk əyləcləri quraşdırılacaq və IPX5 mühafizəsi elektrik skuterindən istənilən hava şəraitində istifadə etməyə imkan verəcək. Teleskopik ön asması, arxa amortizator və aşağı ağırlıq mərkəzi sayəsində Predator Extreme sizə müxtəlif fəndləri yerinə yetirməyə imkan verəcək.
Elektrikli skuter bu ilin ikinci rübündə 1299 avrodan başlayan qiymətlərlə Avropa, Yaxın Şərq və Afrikada satışa təqdim olunacaq.