Kanadanın “Scootility” adlı startapı yüklərin daşınması üçün nəzərdə tutulmuş eyniadlı elektrik skuterini təqdim edib. Bunun üçün yeni skuter tez açılan konteyner və yüksək tutumlu akkumulyatorla təchiz edilib, bir sözlə məhsulun təsirli getmə ehtiyatı mövcuddur.
”Scootility” şəhər daxilində ərzaq və kiçik yüklərin çatdırılması üçün avtomobillərə alternativ olaraq hazırlanıb, eyni zamanda digər işləri də yerinə yetirə bilər.
Elektrikli skuterin ön təkərinin diametri 16 düym, arxa təkərinin diametri 13 düymdür. Konfiqurasiya LED fara və arxa fənər, disk əyləcləri, həmçinin iki akkumulyator bölməsi ilə tamamlanır, getmə ehtiyatı isə 100 km qədər təşkil edir.
”Scootility” hazırda istehsalata buraxılması üçün vəsait toplama mərhələsindədir. Şirkətin təsisçisi Antonio Loronun sözlərinə görə, skuter kraudfandinq başa çatdıqdan 12 ay sonra buraxılmalıdır və ilk bazarlar Avropa və Şimali Amerika olacaq.