“Chronus Robotics” şirkəti elektrik ötürücülü “Kim-e” adlı iki təkərli özünü balanslaşdıran əlil arabasını təqdim edib. Maraqlıdır, çünki içindəki bir insan demək olar ki, tamamilə şaquli mövqe tuta bilər ki, bu da bəzi fiziki və psixoloji maneələri aradan qaldırır.
Təbii ki, Kim-e ənənəvi oturma mövqeyində də istifadə edilə bilər. Ancaq zəruri hallarda, oturacağı qaldıraraq və bir qədər irəli əyərək, qayçı tipli sürücülük mexanizmi işə salınır. Nəticədə istifadəçi elə qaldırılır ki, onun üzünün səviyyəsi ətrafındakı insanların siması ilə bərabər olsun. Bədəni bərkitmək üçün isə kəmər sistemindən istifadə olunur, ona görə
də yıxılma riski burada yoxdur. Ondan əlavə qaldırma mexanizmi yalnız bədən hərəkətləri ilə idarə olunur, yani əlləriniz sərbəst qalır.
Qeyd etmək lazımdır ki, bu əlil arabası standart təkərlərdən istifadə edərkən hündürlüyü 5 sm-ə və ya yolsuzluq dəsti ilə 7 sm-ə qədər olan maneələri dəf edə bilir. Quraşdırılmış amortizator isə nisbətən hamar gəzintini təmin etməyə köməklik edəcək.
“Kim-e” — 38 kiloqramdır və avtomobilin baqajına asanlıqla sığır. Çəkisi 40 ilə 90 kq arasında olan istifadəçilər üçün nəzərdə tutulub. Şəxsi nəqliyyat 20 km/saata qədər sürətlənir və elan edilmiş güc ehtiyatı 30 km-dir. Standart batareyanı tam doldurmaq — üç saat çəkir. Qiyməti isə hələ açıqlanmayıb.