8.1 C
Баку
Вторник, 17 марта, 2026
spot_img

“Anthropic” insanların yerini süni intellektin tuta biləcəyi peşələrin xəritəsini yaradıb

“Anthropic” şirkəti süni intellektin əmək bazarına təsirini təhlil edən araşdırma dərc edib. Tədqiqat gözlənilməz mənzərə ortaya qoyur, çünki süni intellektin imkanları artıq bir çox peşələrdə onun real tətbiqini xeyli qabaqlayır.

Tədqiqatçılar Maksim Massenkoff və Piter Makkrori “müşahidə olunan təsir” adlı yeni bir göstərici təqdim ediblər. Bu göstərici modellərin nəzəri imkanları ilə Claude-un faktiki istifadəsini müqayisə edir. Məsələn, informatika və riyaziyyat sahəsində süni intellekt tapşırıqların 94%-ni yerinə yetirə bilsə də, praktikada yalnız təxminən 33%-nin həlli üçün istifadə olunur.

Oxşar vəziyyət ofis və inzibati peşələrdə də müşahidə edilir. Tədqiqatçılar bunu potensial imkanları göstərən “mavi zona” ilə faktiki istifadəni göstərən “qırmızı zona” arasındakı fərq kimi izah edirlər.

Səbəblər arasında hüquqi məhdudiyyətlər, modellərin səhvləri və nəticələrin insan tərəfindən yoxlanılması zərurəti göstərilir.

Süni intellekt qarşısında ən həssas sahələr yüksək təhsil və yüksək gəlir tələb edən peşələrdir. Hazırda risk zonasında proqramçılar, maliyyə analitikləri və texniki dəstək mütəxəssisləri yer alır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr